Onkoplastik və rekonstruktiv yanaşma
Bu üsulun uyğunluğu şişin xüsusiyyətlərindən, süd vəzisinin quruluşundan və ümumi müalicə planından asılıdır. Hər pasiyent üçün mümkün seçimlər ayrıca müzakirə olunur.
Qiymətləndirmə zamanı nəzərə alınır
- Şişin xüsusiyyətlərinin qiymətləndirilməsi
- Orqanqoruyucu əməliyyat imkanının müzakirəsi
- Mastektomiyadan sonra rekonstruksiya imkanları
- Əvvəlki müalicələr və toxumaların vəziyyəti
- Pasiyentin seçimi və gözləntiləri
Fərdi yanaşma
Rekonstruktiv cərrahiyyə süd vəzisinin qismən və ya tam götürülməsindən sonra onun formasının bərpasına yönəlir.
Əməliyyatın vaxtı və üsulu əvvəlki müalicələr, toxumaların vəziyyəti, sağlamlıq göstəriciləri və pasiyentin seçimi nəzərə alınaraq planlaşdırılır. Rekonstruksiyanın imkanları və məhdudiyyətləri konsultasiya zamanı izah edilir.
Konsultasiyada müzakirə olunur
- Fərdi vəziyyətə uyğun qiymətləndirmə
- Orqanqoruyucu əməliyyat imkanlarının izahı
- Rekonstruksiya seçimlərinin müzakirəsi
- Müalicədən sonrakı nəzarətin planlaşdırılması
Sizin vəziyyətinizə uyğun yanaşmanı qəbulda müzakirə edək
Əvvəlki müayinə cavablarınız varsa, onları özünüzlə gətirin. Konsultasiyada nəticələriniz nəzərdən keçiriləcək və növbəti addımlar izah olunacaq.
