PhD. Dr. GünayƏhmədova

Tibb üzrə fəlsəfə doktoru, onkoloq-mammoloq. Süd vəzisi üzrə onkoplastik və rekonstruktiv cərrah.

Qəbula yazıl
Dr. Günay Əhmədova

İlk müraciətdən sonrakı nəzarətədək

01

Əlaqə saxlayın

Telefon, WhatsApp və ya saytdakı forma vasitəsilə qəbul üçün müraciət edin.

02

Qəbula hazırlaşın

Əvvəlki müayinə cavablarını, varsa biopsiya və əməliyyat sənədlərini özünüzlə gətirin. Suallarınızı əvvəlcədən qeyd edə bilərsiniz.

03

Vəziyyətinizi birlikdə dəyərləndirək

Şikayətləriniz, tibbi tarixçəniz və müayinə nəticələriniz əsasında növbəti addımlar müzakirə olunur.

04

Plan üzrə davam edin

Ehtiyacdan asılı olaraq əlavə müayinə, müalicə və ya nəzarət görüşü müəyyənləşdirilir.

Onlayn müraciət qəbul vaxtını avtomatik təsdiqləmir. Vaxt və ünvan komanda ilə əlaqə zamanı dəqiqləşdirilir.

Dr. Günay Əhmədova

Heç bir xanım süd vəzisini itirməsin.

Tibbi baxımdan mümkün olduqda süd vəzisini qorumağa önəm verirəm.

Həkimi tanıyın

Elmi dəqiqlik. İnsani qayğı.

Dr. Günay Əhmədova süd vəzisi xəstəliklərinin diaqnostikası, onkoplastik və rekonstruktiv cərrahiyyə üzrə fəaliyyət göstərir. Onun yanaşmasında tibbi qiymətləndirmə ilə yanaşı, pasiyentin suallarının dinlənilməsi və müalicə seçimlərinin başa düşülən dildə izahı önəm daşıyır.

1,000+

Məmnun pasiyent

12+

İllik təcrübə

PhD

Tibb üzrə fəlsəfə doktoru

Təhsil və peşəkar fəaliyyət
Qəbulda yanaşma

Sizin üçün nə önəmlidir?

Dinlənilmək

Şikayətlərinizə, əvvəlki müayinə nəticələrinizə və sizi narahat edən suallara vaxt ayrılır.

Vəziyyətinizi anlamaq

Müayinə nəticələrinin nə demək olduğu və əlavə müayinəyə niyə ehtiyac yarandığı izah edilir.

Seçimləri bilmək

Müşahidə, müalicə və ya cərrahi müdaxilə imkanları tibbi göstərişlərə uyğun müzakirə olunur.

Növbəti addımı bilmək

Qəbulun sonunda əlavə müayinə, müalicə və ya nəzarətlə bağlı plan aydınlaşdırılır.

Nəticələr

Cərrahi müalicədən nümunələr

Əvvəl və sonra görüntüləri fərdi klinik halları göstərir. Nəticə əməliyyatın növündən, toxumaların xüsusiyyətlərindən və sağalma prosesindən asılı olaraq dəyişə bilər.

Pasiyent 1 — sonra
Pasiyent 1 — əvvəl
ƏvvəlSonra
Konfranslar

Təcrübə mübadiləsi və davamlı təhsil

Elmi tədbirlər və ixtisasartırma proqramları yeni yanaşmaları izləmək, klinik təcrübəni həmkarlarla müzakirə etmək və bilikləri yeniləmək imkanı yaradır.

GüclüSən
16.10.2026

GüclüSən

PAŞA Həyat · Tibb ekspertləri ilə görüş

16.10.2026 · Bakı, Azərbaycan

GüclüSən

PAŞA Həyat Sığortanın süd vəzi xərçənginə qarşı maarifləndirmə icması “GüclüSən” çərçivəsində təşkil olunan tədbirdə tibb ekspertləri sırasında iştirak etdik. Tədbirdə süd vəzi xərçəngi diaqnozu qoyulan qadınlara maliyyə dəstəyi verən yeni “GüclüSən” sığorta məhsulu təqdim olundu. Bu məhsul diaqnoz zamanı qadına 30 000 manat ödəniş edir, bu vəsaiti istənilən ölkədə və klinikada müalicəyə yönəltmək mümkündür. Biz də öz növbəmizdə erkən diaqnostikanın, müntəzəm müayinənin və maarifləndirmənin önəmini vurğuladıq. Vaxtında aşkarlanan süd vəzi xərçəngi yüksək müalicə şansı deməkdir. Qadın sağlamlığına dəstək olan bu cür təşəbbüslərin bir parçası olmaq bizim üçün dəyərlidir. Sən güclüsən!

Daha ətraflı
Ginekologiyada yeni üfüqlər
03.10.2026

Ginekologiyada yeni üfüqlər

I Beynəlxalq Konfrans · Məruzə ilə çıxış

03.10.2026 · Bakı, Azərbaycan

Ginekologiyada yeni üfüqlər

3–4 oktyabr 2026-cı il tarixlərində Bakıda, Hyatt Regency otelində keçirilən “Sağlam Qadın – Sağlam Nəsil: Ginekologiyada yeni üfüqlər” I Beynəlxalq Konfransında məruzəçi kimi iştirak etdik. Qadın sağlamlığı, ginekologiya və reproduktiv tibb sahəsində çalışan həkimləri bir araya gətirən bu konfransda iki gün ərzində müasir diaqnostika və müalicə yanaşmaları, yeni elmi nailiyyətlər və klinik təcrübədə qarşılaşdığımız aktual məsələlər müzakirə olundu. Tədbir 20 DTT krediti ilə akkreditə olunmuşdu. Çıxışımızda süd vəzisi sağlamlığı və xəstəliklərin erkən aşkarlanması mövzusunda klinik təcrübəmizi həmkarlarımızla bölüşdük. Süd vəzisinin sağlamlığı qadın sağlamlığının ayrılmaz hissəsidir. Ginekoloq və mammoloqların birgə işi xəstəliklərin vaxtında aşkarlanmasında mühüm rol oynayır. Belə mötəbər elmi platformada bilik və təcrübəmizi bölüşmək bizim üçün yadda qalan oldu.

Daha ətraflı
BREASTANBUL 2026
08–10.10.2026

BREASTANBUL 2026

Süd vəzi xərçəngi üzrə beynəlxalq konfrans

08–10.10.2026 · İstanbul, Türkiyə

BREASTANBUL 2026

8–10 oktyabr 2026-cı il tarixlərində İstanbulda keçirilən BREASTANBUL 2026 — süd vəzi xərçənginə həsr olunmuş beynəlxalq konfransda iştirak etdik. 2014-cü ildən bəri iki ildən bir təşkil olunan bu konfrans dünyanın müxtəlif ölkələrindən cərrahları, onkoloqları, radioloqları və patoloqları bir araya gətirir. Üç gün ərzində onkoplastik cərrahiyyə, süd vəzisinin rekonstruksiyası, aksillanın idarə olunması, müasir görüntüləmə üsulları, sistem müalicə və limfedemanın qarşısının alınması kimi mövzular müzakirə olundu. Konfrans 24 Avropa CME krediti ilə akkreditə olunmuşdu. Sahənin aparıcı mütəxəssislərinin təcrübəsini dinləmək və ən son elmi yenilikləri izləmək bizim üçün çox faydalı oldu.

Daha ətraflı

Pasiyentlərin öz təcrübələri

Müayinə və müalicə prosesi haqqında onu yaşamış insanların dilindən eşidin. Hər hekayə fərdi təcrübəni əks etdirir. Pasiyentin paylaşdığı nəticə başqa bir insanın müalicə gedişini əvvəlcədən müəyyən etmir.

Sağalma yolu

Sağalma yolu

8 il öncə

Yeni başlanğıc

Yeni başlanğıc

Nərgiz S.

Ümid və qüvvət

Ümid və qüvvət

Leyla Ə.

Suallar

Mammoloqa verilən suallar

Mammoloqa nə zaman müraciət etməliyəm?

Süd vəzisində və ya qoltuqaltında yeni düyün, gilədən ifrazat, dəri və ya forma dəyişikliyi hiss etdikdə həkimlə əlaqə saxlayın. Profilaktik müayinə planını isə fərdi riskinizə uyğun dəqiqləşdirə bilərsiniz.

Süd vəzisində ağrı xərçəng əlamətidirmi?

Ağrının müxtəlif səbəbləri ola bilər və təkbaşına ağrı adətən xərçəng əlaməti olmur. Keçməyən, dəyişən və ya başqa əlamətlərlə müşayiət olunan şikayətin səbəbi qiymətləndirilməlidir.

Fibroadenoma mütləq çıxarılmalıdırmı?

Xeyr. Bir çox fibroadenoma üçün əməliyyat tələb olunmur. Qərar müayinə nəticələrinə, törəmənin xüsusiyyətlərinə və yaratdığı şikayətlərə görə verilir.

Xərçəng diaqnozu süd vəzisinin tam götürülməsi deməkdirmi?

Hər zaman deyil. Uyğun hallarda orqanqoruyucu əməliyyat mümkün ola bilər. Hansı üsulun münasib olduğu müayinələr və ümumi müalicə planı əsasında müəyyənləşdirilir.

Konsultasiyaya nə gətirməliyəm?

Əvvəlki USM, mammoqrafiya və digər görüntüləmə cavablarını, varsa biopsiya və əməliyyat sənədlərini, həmçinin qəbul etdiyiniz dərmanların siyahısını gətirin. Suallarınızı əvvəlcədən qeyd etməyiniz də faydalıdır.

Formanı göndərdikdə qəbul təsdiqlənirmi?

Xeyr. Forma qəbul üçün ilkin müraciətdir. Komanda sizinlə əlaqə saxladıqdan sonra tarix, saat və ünvan dəqiqləşdirilir.

Sualınızı qəbulda birlikdə aydınlaşdıraq

Sizi narahat edən dəyişiklik varsa və ya müayinə nəticələriniz barədə izah almaq istəyirsinizsə, qəbul üçün əlaqə saxlaya bilərsiniz.

Qəbula yazıl
© Dr. Günay Əhmədova. Mətn və şəkillərin icazəsiz istifadəsinə yol verilmir.