Biliklərin yenilənməsi, təcrübənin paylaşılması

Elmi tədbirlərdə iştirak və həmkarlarla təcrübə mübadiləsi peşəkar inkişafın bir hissəsidir. Bu bölmədə Dr. Günay Əhmədovanın elmi çıxışları, ixtisasartırma proqramları və peşəkar tədbirlərdə iştirakından məlumatlar təqdim olunur.

GüclüSən
16.10.2026

GüclüSən

PAŞA Həyat · Tibb ekspertləri ilə görüş

16.10.2026 · Bakı, Azərbaycan

GüclüSən

PAŞA Həyat Sığortanın süd vəzi xərçənginə qarşı maarifləndirmə icması “GüclüSən” çərçivəsində təşkil olunan tədbirdə tibb ekspertləri sırasında iştirak etdik. Tədbirdə süd vəzi xərçəngi diaqnozu qoyulan qadınlara maliyyə dəstəyi verən yeni “GüclüSən” sığorta məhsulu təqdim olundu. Bu məhsul diaqnoz zamanı qadına 30 000 manat ödəniş edir, bu vəsaiti istənilən ölkədə və klinikada müalicəyə yönəltmək mümkündür. Biz də öz növbəmizdə erkən diaqnostikanın, müntəzəm müayinənin və maarifləndirmənin önəmini vurğuladıq. Vaxtında aşkarlanan süd vəzi xərçəngi yüksək müalicə şansı deməkdir. Qadın sağlamlığına dəstək olan bu cür təşəbbüslərin bir parçası olmaq bizim üçün dəyərlidir. Sən güclüsən!

Daha ətraflı
Ginekologiyada yeni üfüqlər
03.10.2026

Ginekologiyada yeni üfüqlər

I Beynəlxalq Konfrans · Məruzə ilə çıxış

03.10.2026 · Bakı, Azərbaycan

Ginekologiyada yeni üfüqlər

3–4 oktyabr 2026-cı il tarixlərində Bakıda, Hyatt Regency otelində keçirilən “Sağlam Qadın – Sağlam Nəsil: Ginekologiyada yeni üfüqlər” I Beynəlxalq Konfransında məruzəçi kimi iştirak etdik. Qadın sağlamlığı, ginekologiya və reproduktiv tibb sahəsində çalışan həkimləri bir araya gətirən bu konfransda iki gün ərzində müasir diaqnostika və müalicə yanaşmaları, yeni elmi nailiyyətlər və klinik təcrübədə qarşılaşdığımız aktual məsələlər müzakirə olundu. Tədbir 20 DTT krediti ilə akkreditə olunmuşdu. Çıxışımızda süd vəzisi sağlamlığı və xəstəliklərin erkən aşkarlanması mövzusunda klinik təcrübəmizi həmkarlarımızla bölüşdük. Süd vəzisinin sağlamlığı qadın sağlamlığının ayrılmaz hissəsidir. Ginekoloq və mammoloqların birgə işi xəstəliklərin vaxtında aşkarlanmasında mühüm rol oynayır. Belə mötəbər elmi platformada bilik və təcrübəmizi bölüşmək bizim üçün yadda qalan oldu.

Daha ətraflı
BREASTANBUL 2026
08–10.10.2026

BREASTANBUL 2026

Süd vəzi xərçəngi üzrə beynəlxalq konfrans

08–10.10.2026 · İstanbul, Türkiyə

BREASTANBUL 2026

8–10 oktyabr 2026-cı il tarixlərində İstanbulda keçirilən BREASTANBUL 2026 — süd vəzi xərçənginə həsr olunmuş beynəlxalq konfransda iştirak etdik. 2014-cü ildən bəri iki ildən bir təşkil olunan bu konfrans dünyanın müxtəlif ölkələrindən cərrahları, onkoloqları, radioloqları və patoloqları bir araya gətirir. Üç gün ərzində onkoplastik cərrahiyyə, süd vəzisinin rekonstruksiyası, aksillanın idarə olunması, müasir görüntüləmə üsulları, sistem müalicə və limfedemanın qarşısının alınması kimi mövzular müzakirə olundu. Konfrans 24 Avropa CME krediti ilə akkreditə olunmuşdu. Sahənin aparıcı mütəxəssislərinin təcrübəsini dinləmək və ən son elmi yenilikləri izləmək bizim üçün çox faydalı oldu.

Daha ətraflı
Mən Qalib Gəldim
09. 09. 2026

Mən Qalib Gəldim

Süd vəzi xərçəngini yenmiş qadınlarla səhər görüşü

09. 09. 2026 · İstanbul, Türkiyə

Mən Qalib Gəldim

Süd vəzi xərçəngini yenmiş qadınları “Mən Qalib Gəldim” konseptli səhər yeməyində bir araya gətirdik. Səmimi söhbət şəklində keçən görüşdə xanımlar diaqnozdan sağalmağa qədər keçdikləri yolu, qarşılaşdıqları çətinlikləri, yaxınlarının dəstəyini və gündəlik həyata qayıdışlarını bölüşdülər. Bu hekayələr bir daha göstərdi ki, mənəvi dəstək və ümid müalicə qədər vacibdir. Görüşdə vurğuladıq ki, süd vəzi xərçəngi qadına həm fiziki, həm də emosional təsir göstərir. Tibbi imkan olduqda süd vəzisini qorumaq, qadının həyat keyfiyyətini və özünəinamını qoruyub saxlamaq bizim üçün əsas prioritetdir. Süd vəzisində hər hansı dəyişiklik hiss edildikdə vaxt itirmədən mütəxəssisə müraciət etmək çox vacibdir. Bu görüş oktyabr — Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayı çərçivəsində planlaşdırdığımız layihələrin ilk addımı oldu. Görüşün sonunda iştirakçılara ümid və yeni başlanğıc rəmzi olaraq ağ güllər hədiyyə etdik. Heç bir xanım süd vəzisini itirməsin.

Daha ətraflı

Sualınızı qəbulda birlikdə aydınlaşdıraq

Sizi narahat edən dəyişiklik varsa və ya müayinə nəticələriniz barədə izah almaq istəyirsinizsə, qəbul üçün əlaqə saxlaya bilərsiniz.

Qəbula yazıl
© Dr. Günay Əhmədova. Mətn və şəkillərin icazəsiz istifadəsinə yol verilmir.