Konfrans haqqında
3–4 oktyabr 2026-cı il tarixlərində Bakıda, Hyatt Regency otelində keçirilən “Sağlam Qadın – Sağlam Nəsil: Ginekologiyada yeni üfüqlər” I Beynəlxalq Konfransında məruzəçi kimi iştirak etdik.
Qadın sağlamlığı, ginekologiya və reproduktiv tibb sahəsində çalışan həkimləri bir araya gətirən bu konfransda iki gün ərzində müasir diaqnostika və müalicə yanaşmaları, yeni elmi nailiyyətlər və klinik təcrübədə qarşılaşdığımız aktual məsələlər müzakirə olundu. Tədbir 20 DTT krediti ilə akkreditə olunmuşdu.
Çıxışımızda süd vəzisi sağlamlığı və xəstəliklərin erkən aşkarlanması mövzusunda klinik təcrübəmizi həmkarlarımızla bölüşdük. Süd vəzisinin sağlamlığı qadın sağlamlığının ayrılmaz hissəsidir. Ginekoloq və mammoloqların birgə işi xəstəliklərin vaxtında aşkarlanmasında mühüm rol oynayır.
Belə mötəbər elmi platformada bilik və təcrübəmizi bölüşmək bizim üçün yadda qalan oldu.


