Konfrans haqqında
PAŞA Həyat Sığortanın süd vəzi xərçənginə qarşı maarifləndirmə icması “GüclüSən” çərçivəsində təşkil olunan tədbirdə tibb ekspertləri sırasında iştirak etdik.
Tədbirdə süd vəzi xərçəngi diaqnozu qoyulan qadınlara maliyyə dəstəyi verən yeni “GüclüSən” sığorta məhsulu təqdim olundu. Bu məhsul diaqnoz zamanı qadına 30 000 manat ödəniş edir, bu vəsaiti istənilən ölkədə və klinikada müalicəyə yönəltmək mümkündür.
Biz də öz növbəmizdə erkən diaqnostikanın, müntəzəm müayinənin və maarifləndirmənin önəmini vurğuladıq. Vaxtında aşkarlanan süd vəzi xərçəngi yüksək müalicə şansı deməkdir.
Qadın sağlamlığına dəstək olan bu cür təşəbbüslərin bir parçası olmaq bizim üçün dəyərlidir. Sən güclüsən!


