Konfrans haqqında
Süd vəzi xərçəngini yenmiş qadınları “Mən Qalib Gəldim” konseptli səhər yeməyində bir araya gətirdik.
Səmimi söhbət şəklində keçən görüşdə xanımlar diaqnozdan sağalmağa qədər keçdikləri yolu, qarşılaşdıqları çətinlikləri, yaxınlarının dəstəyini və gündəlik həyata qayıdışlarını bölüşdülər. Bu hekayələr bir daha göstərdi ki, mənəvi dəstək və ümid müalicə qədər vacibdir.
Görüşdə vurğuladıq ki, süd vəzi xərçəngi qadına həm fiziki, həm də emosional təsir göstərir. Tibbi imkan olduqda süd vəzisini qorumaq, qadının həyat keyfiyyətini və özünəinamını qoruyub saxlamaq bizim üçün əsas prioritetdir. Süd vəzisində hər hansı dəyişiklik hiss edildikdə vaxt itirmədən mütəxəssisə müraciət etmək çox vacibdir.
Bu görüş oktyabr — Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayı çərçivəsində planlaşdırdığımız layihələrin ilk addımı oldu. Görüşün sonunda iştirakçılara ümid və yeni başlanğıc rəmzi olaraq ağ güllər hədiyyə etdik.
Heç bir xanım süd vəzisini itirməsin.


